“15 sentyabr – Bilik günü”

15 sentyabr 2018-ci il tarixdə məktəbdə “15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbiri keçirildi. Keçirilən bayram tədbirində məktəb direktoru T. Əsədova, Binəqədi Rayonu Gənclər və İdman İdarəsinin rəisi E.Aslanov, Təlim-tərbiyə işləri üzrə direktor müavini R.Abdullayev, Tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova iştirak etdilər.
Çıxışında məktəb direktoru Tərminə Əsədova şagirdləri, müəllimləri və qonaqları salamladıqdan sonra təhsil sahəsində şahidi olduğumuz nailiyyətlərin dövlət başçısı cənab İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğuladı.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik etdi, onlara yeni dərs ilində uğurlar arzuladı. Elvin Aslanov ötən tədris ilinin də Binəqədi rayonu üçün uğurlu olduğunu diqqətə çatdırdı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yüksək nəticələr göstərdiyini vurğuladı. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirdi. Çıxışının sonunda əlamətdar bir tarixə-Bakının işğaldan azad olunmasının 100 illiyi gününə təsadüf edən bu tədris ilində hamıya sevinc dolu nailiyyətlər arzuladı.
Sonra tədbir bədii hissə ilə davam etdirildi. Tədbirin sonunda “İlk Zəng” çalınmış və dərs başlanmışdır.