20 YANVAR QAN YADDAŞIMIZDIR

Bu gün məktəbin akt zalında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "20 Yanvar qan yaddaşımızdır" adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılmış, məktəbin doirektoru Şəmsi Qocayev giriş nitqi söyləmişdir. Daha sonra tarix müəllimi Elmira Həsənova 26 bundan əvvəl Azərbaycan xalqının tarixində dərin izlər buraxmış hadisəyə tarixi ekskurs etmiş,məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Yaqubova "20 yanvar ədəbiyyatımızda" adlı məruzə ilə çıxış etmişdir. Hər iki məruzə boyu X və XI sinif şagirdləri həm tarixi faktlar, həm də ədəbi nümunələr səsləndirmişlər. IX sinif şagirdi Fizzəxanım Mehdiyevanın, X sinif şagirdləri Səltənətə Əliyeva, Gülzar Həsənova və Fəridə Cəfərovanın ifasında səslənən şeirlər və bədii nümunələr tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Xüsusən Fizzəxanım Mehdiyevanın məktəbin direktoru, şair Şəmsi Qocanın "Şəhidlər xiyabanı" şeiri əsasında hazırladığı kompozisiya tədbir iştirakçılarını kövrəltmişdir.İbtidai sinif şagirdlərinin qərənfilllər və şamlardan yaratdıqları kompozisiya rəğbətlə qarşılanmış, onların ifasında qəm notları deyil, mübarizə sədaları ilə köklənmiş şeirlər hamını mübarizəyə səsləmiş, 20 yanvarın matəm yox, qeyrət və azadlıq simvolu olması qənaətini doğurmuşdur.