QAFQAZ UNİVERSİTETİNƏ EKSKURSİYA

Bu gün məktəbin XI sinif şagirdləri məktəbin İngilis dili müəllimi Güləbətin Əhmədovanın rəhbərliyi ilə Qafqaz Universitetində ekskursiyada olmuş, Universitetin auditoriyaları, laboratoriyaları və kompyuter otaqları ilə tanış olmuşlar. Universitetdə dərs prosesi və təhsil qaydaları haqqında şagirdlərə ətraflı məlumat verilmiş, onlara gəlcəkdə bu Universiteti seçəcəkləri təqdirdə əldə edəcəkləri ixtisaslar, imtiyazlar izah edilmişdir. Xüsusən tələbə şəhərciyi şagirdlərin diqqətini özünə cəlb etmiş, buradakı qaynar tələbə həyatı onlarda dərin təəssüratlar doğurmuşdur. Sonda xatirə şəkilləri çəkdirən şagirdlər ekskursiyadan zövq aldıqlarını söyləmiş və məktəbə qayıtmışlar.