20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏS OLUNMUŞ TURNİR KEÇİRİLMİŞDİR

Məktəbin idman zalında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilmişdir.Turnirin açılışında nitq söyləyən məktəbin direktoru Şəmsi Qocayev 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşı, qəhrəmanlıq tarixi olduğunu qeyd etmiş, turnirə qatılan gənclərə yarışda müvəffəqiyyət diləmişdir.daha sonra çıxış edən Azərbaycan JUBOXİNQ Federasiyasının prezidenti Sənan Ağakişiyev yarışa respublikanın bir çox rayonlarından gənc idmançıların qatıldığını bildirmiş, 126 nömrəli məktəblə daim əməkdaşlıq edildiyini qeyd etmişdir.Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında döyüş döşəyi üzərinə çıxan gənclər 20 Yanvar şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutdan sonra öz güclərini sınamış, yarışın sonunda qaliblər Azərbaycan JUBOXİNQ Federasiyası ilə 126 nömrəli tam orta məktəbin Fəxri Fərmanları və medallarla təltif olunmuşlar.