“Gözəl vətənim, Laçınım mənim”  adlı tədbir keçirildi

21 may 2018-ci il tarixində məktəbdə Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26 illiyi ilə əlaqədar məktəbimizin 8-ci sinif şagirdi Aşıq İlkin Laçınlı “Gözəl vətənim, Laçınım mənim”  adlı tədbir hazırlamışdır. Tədbirdə açılış üçün söz məktəbin direktoru T.Əsədovaya verildi. Direktor Laçın rayonunun işğal tarixindən, tarixi abidələrindən, yerüstü, yeraltı sərvətlərindən, prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışdı və Laçın rayonunun da qaytarılacağına inandığını qeyd etdi. Tədbirdə  məktəbin tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova, Laçın rayon icra hakimiyyətinin əməkdaşı Aytəkin Zeynalova, şair İlham Qəhrəman və məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. S.Əhmədova çıxışınında qeyd etdi ki, hər bir azərbaycanlı öz əməyi və zəhmətilə Qarabağın qaytarılması üçün çalışmağa borçludur, biz gec-tez o torpaqlara qayıdacağıq, artıq torpaqlarımıza Böyük Qaydış başlayıb. Cocuq Mərcanlı kəndində tikilən və prezidentimiz İ.Əliyevin iyunun 14-da açılışını etdiyi ilk evlər, geriyə dönənən ilk ailələr sadəcə, birinci addımlarımızdır. Tədbirin ssenarisini hazırlayan İlkin Baxışlı tədbirin sonunda ona bu tədbirin hazırlanmasında dəstək olan hər bir kəsə xüsusi təşəkkürünü bildirdi. Təqdim olunan ssenarini İ.Baxışlının sinif rəhbəri G.Əhmədova  rəhbərliyin təqdim etdiyi təşəkkürnamə ilə dəyərləndirdi və səmimi arzularını bildirdi.

    Bu qayıdışı biz tezliklə bütün torpaqlarımızda gerçəkləşdirəcəyik. Azərbaycan getdikcə inkişaf edir, ordusu güclənir, ölkəmizin səsi hər yerdə eşidilir. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi