,,Azərbaycanin şərəfli tarixi-Azərbaycan Xalq Cümhuriyyəti" adlı bugünki tədbir çox móhtəşəm təşkil edilmişdi

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın–Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş ,,Azərbaycanin şərəfli tarixi-Azərbaycan Xalq Cümhuriyyəti" adlı bugünki tədbir çox móhtəşəm təşkil edilmişdi. Tədbiri GÇQH rəhbəri Əbdùlqədir Bədəlov dóvlət himninin sədalari altında açıq elan etdi və nitqınə Ulu öndərin dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yerinı nəzərə alaraq 2003-cü ilin fevral ayında Bakı şəhərində Xalq Cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında imzaladığı sərəncamla başladı. O, çıxışında qeyd etdi ki, 2007-ci ilin mayında Bakıda İstiqlaliyyət küçəsində Cümhuriyyət xadimlərimizin şərəfinə ucaldılan abidə dahi öndərin vətənpərvərliyinin bariz numunəsidir. Tədbirin sonunda sóz məktəbin direktori T. Əsədovaya verildi. T.Əsədova tədbirdə iştirak edən qonaqlara, şagirdlərə, valideyn və pedaqoji kollektivə rəhbərlik adından təşəkkùrünü bildirdi. Tədbirdə 2-ci qrup Qarabağ əlili Arif Abbas, Şair Oktay Rza, tarix mùəllimi Şirincan Məmmədova iştirak edirdi. Natiqlər çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu ümummilli liderimiz Heydər Əliyevin həmişə yüksək qiymətləndirməsindən, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik fikirlərini daha da gücləndirdiyindən danışdılar.