Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş “Ölməzlər həmişə diri qalacaq” adlı tədbir keçirildi

Məktəbimizdə ümummilli liderimiz Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş “Ölməzlər həmişə diri qalacaq” adlı tədbir keçirildi.   Tədbiri tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova açıq elan etdi. Səidə xanım iştirakçıları məktəbin fəal şagirdləri İlham və Selcanın ulu öndərin 95-ci ildönümünə həsr edilmiş təqdimatını dinləməyə dəvət etdi. Ali məktəbə qəbul imtahanında 601 bal toplayan İlham Vəliyev təqdimatında xalqının bütün dərd-sərini çiyinlərində gəzdirməkdən yorulmayan, xalqının hər bir uğurundan həzz alan, yazıb-yaratmaq eşqi ilə yaşayan ümummili liderimiz H.Əliyevin ideyalarının müasir gənclərin həyatının örnəyi olduğundan danışdı. Yüksək mədəniyyətə, intelektual səviyyəyə malik olan bu tarixi şəxsiyyətin doğum gününə həsr edilmiş tədbirdə məktəbin istedadlı şagirdləri də öz istedad istiqamətləri üzrə baçarıqlarını nümayış etdirdilər. Tədbirin sonunda məktəbin direktoru T.Əsədova çıxış edərək “Ölməzlər həmişə diri qalacaq” adlı tədbirə verilən adı xüsusi vurğulayaraq söylədi: “Tədbirə verilən bu ad məndə o əminliyi yaratdı ki, deməli gələcəyin gəncləri olan bugünkü şagirdlərimiz Heydər Əliyev dühasının Azərbaycan xalqının yaddaşında yalnız onun döğum və anım tarixində xatırlanmalı olduğunu deyil, həyatımızın hər anında əməyi olduğunu  dərk edir”.  Məktəbin direktoru çıxışının sonunda məktəbdə keçirilən ildönümünə həsr olunmuş silsilə xarakterli tədbirlərin millətin yaxın dostu və müdrik ağsaqqalı H.Əliyevin parlaq şəxsiyyətinə dərin hörmət və sonsuz səmimi məhəbbətin təzahürü olduğunu qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi