Şagirdlərimiz Respublika Şahmat Festivalında qalib seçildi

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Şahmat" fənni tədris edilən pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında respublika şahmat festivalında məktəbimizin III sinif şagirdi Mahmudova Ayna üçüncü yer tutmuş, fəal iştirakına görə IV sinif şagirdi Rəsulov Rəsul isə diplomla təltif olunub. Məktəbin direktoru Tərminə Əsədova şagirdləri təbrik etdi və arzularını bildirdi.