”Hərəmiz bir ağac əkək” adlı ağacəkmə aksiyası keçirildi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş  ”Hərəmiz bir ağac əkək” adlı ağacəkmə aksiyası keçirildi.  Ramana qalasının ətrafında təşkil olunan yaşıllıq aksiyasında məktəbimizin rəhbər işçiləri təyin olunmuş bir zolaq üzrə  Eldar şamları əkdilər. Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva aksiya iştirakçılarını salamladı və çıxışında Ulu öndər Heydər Əliyevin ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirməsini vurğuladı. Ənənə halını alan bu cür tədbirlərin keçirilməsini təhsil rəhbərləri çıxışında yüksək dəyərləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi