Fövqəladə hallar və mülki müdafiə günü.

    Bu gün məktəbimizdə "Həyatımızın təhlükəsizliyi öz əlimizdədir!" mövzusunda nəzəri-praktik  tədbir keçirildı. Binəqədi rayonu fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi mayor İsrafil Məmmədov tədbirin nəzəri hissəsində fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etməyin mülki müdafiə orqanları qarşısında bir vəzifə olduğundan danışdı. Eyni zamanda nəzəri hissədə məktəbin direktoru T.Əsədova şagirdlərə "Fövqəladə  hallar zamanı davranış qaydaları", "Yanğın təhlükəsizliyi qaydaları", "112 qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır", "Dəm qazından ehtiyatlı olun", "Elektrik cərəyanı haqqında anlayış” və s. marifləndirici məlumatlar verdi. Tədbirin praktik hissəsində isə məktəbin qərargah rəisi R.Abdullayev şagirdlərin iştirakı ilə məktəbin həyətində şərti xilasetmə əməliyyatları nümayiş etdirdi.  Şagirdlər təxiyə ilə bağlı öyrədici xarakterli sualları cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi