Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş beynəlxalq layihədə məktəbimizin şagirdləri iştirak edir.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2018-ci il “Cümhuriyyət ili” elan olunmuşdur. Şərqdə ilk demokratik Respublikanın 1918-ci ildə qurulması xalqımızın ən böyük naliyyətidir. Beynəlxalq layihə olan eTwinnnig layihəsi çərçivəsində bir çox işlərin görülməsi məktəb şagirdlərinin dünya təhsil sisteminə inteqrasiya imkanlarını daha da artırır. Belə ki, “HƏR MƏKTƏBDƏ CÜMHURİYYƏT İŞIĞI” adlı layihəmizin də əsas məqsədi dövlətçilik tariximizin tanıdılmasına yönəldilmişdir. ”100 illiyə 100 məktəblə” devizi altında həyata keçirilən layihənin rəhbəri məktəbimizin tarix müəllimi Şirincan Məmmədovadır. Bu layihənin həyata keçirilməsində layıhə rəhbərinin iştirakı ilə həyata keçirilən təqdimatlarla çıxış edən şagirdlər öz əl işləri, ifaları, uğurlu təqdimatları ilə çıxış edirlər. Layhihə müddətində onlayn görüşlər, yarışmalar keçirilir, əl işləri nümayış etdirilir. Əsasən Azərbaycan, Türkiyə, Gürcüstan və digər ölkələrin məktəblilərinin bu layihədəki fəaliyyətinə uğurlar diləyirik.
Layıhə ilə tanış olmaq istəyənlər aşağıdakı linkdən istifadə edə bilərlər.