Məktəbimizdə "Novruz bayramı"nın ənənələri yaşandı

Novruz bayramının xalqımız üçün necə əhəmiyyətli, qəlbləri sevindirən, yeni həyat gətirən, ən çox sevilən bayram olduğunu bilirik. Mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bu bayramı xalqımız həmişə sevə-sevə qeyd etmişdir. Məktəbimizdə də Novruz şənliyi təmtəraqla qeyd edildi. Şagirdlər milli geyimlərdə rəqslər, şeirlər, Novruzun tarixi haqqında təqdimatlar təqdim etdilər. Novruz bayramına aid şagirdlərin oxuduğu mahnılar və hazırladıqları maraqlı səhnəciklərin nümayişi qəlblərə bahar təravəti bəxş etdi.Həmçinin Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə ümumrayon bayram şənliyi keçirildi. Ümumrayon tədbirində də məktəbimizin kollektivi milli adət-ənənələrimizi gələcək nəsillərə öz nümunələrində nümayiş etdirdi.