ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ

01 mart 2018–ci il tarixdə 126 nömrəli tam orta məktəbdə “Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar olaraq maarifləndirmə xarakterli dərslər keçirildi. Məktəbin Mülki müdafiə sədri T.Əsədova və qərərgah rəisi R.Abdullayev şagirdlərə “Mülki Müdafiə işinin təşkili” və “Fövqəladə hallar zamanı davranış qaydaları” barədə məlumatlar verdilər.