XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının 26-cı ildönümü qeyd edildi

Bəşər tarixində ən dəhşətli hadisələrdən biri, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımından 26 il ötür. Bu hadisə ilə bağlı 126 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirildi. Bütün siniflərdə ilk dərs saatlarında Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildi. Bütün sinif otaqlarında faiənin acılarını təsvir edən güşələr yaradıldı. Siniflər üzrə təyin edilmiş redaksiya üzvlərinin hazırladıqları divar qəzetləri və uşaqların əl işlərindən ibarət rəsm sərgisi təşkil edildi. Məktəbin akt zalında şagirdlər “Duman içində itən şəhər” adlı kompozisiyanı təqdim etdilər. Siniflərdə isə "İşğalın sosial-iqtisadi nəticələri", "Azərbaycan xalqının yüzilliklər boyu başına gətirilmiş faciə və soyqırımlar...", "Qarabag: ərazisi, etimologiyası, sərhədləri" adlı mövzularda həftə içi keçirilən təşkilat saatlarında söhbətlər aparıldı və Xocalı faciəsinə həsr edilmiş "Xocalı" abidəsinə şagirdlərin ziyarəti təşkil edildi.