Gənclər günü münasibətilə musiqili tədbir keçirilib

Ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilən əlamətdar gün olan 2 fevral tarixində məktəbimizin Uşaq Birliyi Təşkilatının rəhbəri Z.Hüseynova gənclərlə musiqili bayram tədbiri hazırladı. Məktəbin direktoru T.Əsədova tədbirdə çıxış edərək gənclərə təbriklərini çatdırdı. Bildirdi ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması və təşəkkülü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər gənclərə həmişə böyük qayğı göstərib. Bu siyasət sayəsində hazırda gənclər dövlət orqanlarında, iri biznes və maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, mədəniyyət, təhsil, idman və digər sahələrdə uğurları ilə Azərbaycana başucalığı gətirirlər. Tədbirdə xüsusi istedadlı şagirdlər bacarıqlarını nümayiş etdirdiləri, sonunda isə liderlər fərqlənmə sertifikatları ilə dəyərləndirildi.