Məktəbimizdə 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd olundu

Məktəbimizdə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş 17-20 yanvar tarixlərində silsilə tədbirlər keçirildi. Bütün siniflər üzrə 20 Yanvar mövzusunda şagirdlərin əl işlərindən ibarət sərgilər, divar qəzetləri, inşa yazı və rəsm müsabiqələri, konfrans, seminar, mühazirə və “Dəyirmi masa”lar təşkil edildi. Tədbirlərdə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunmasından, törədilmiş vəhşiliklərdən söhbət açıldı. Eyni zamanda, qeyd edildı ki, o dövrdə xalqımızın başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, həmin vaxt həyatına olan təhlükələrdən çəkinməyərək, sovet hakimiyyətinin cinayətkar əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev oldu. Natiqlər məktəblilərə bu tarixi heç vaxt unutmamağı tövsiyə etdi. Şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər, ədəbi-bədii kompozisiyalar təqdim etdilər. Sonda, şagird və müəllimlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi