KOMANDAMIZ İNTELLEKT YARIŞINDA ÜÇÜNCÜ OLMUŞDUR

Binəqədi Rayon İcra hakimiyyətinin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə layihəsi əsasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellekt yarışının final mərhələsinə vəsiqə qazanan komandamız bu mərhələdə də əzmlə mübarizə aparmışdır. Möhtəşəm “Hollivud” sarayında baş tutan final mərhələsində Binəqədi məktəblərinin 9 komandası bu maraqlı və yaddaqalan tədbirdə öz bilik və bacarıqlarını nümayiş etdirmiş, məktəbimizin komandası III yeri tutaraq diplomla və medallarla mükafatlandırılmışdır.