ÜMUMMİLLİ LİDERİN XATİRƏSİ ANILMIŞDIR

Hələ sağlığında ikən milyonların qəlbində özünə abidə ucaldan görkəmli dövlət xadimi, xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin xatirəsi məktəbimizdə dərin hörmət və ehtiramla anılmışdır.Ulu öndərin vəfatının ildönümü ilə əlaqədar məktəbin xüsusi tədbirlər planına uyğun olaraq ulu öndərin xatirə günləri keçirilmiş, Azərbaycanın böyük oğlu ehtiramla yad edilmişdir.Xatirə günləri çərçivəsində dekabrın 10-da şəhər yuxarı siniflərdə “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda dərslər keçirilmişdir.Sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.Məktəbin müəllimi Aygün Zəkiyevanın “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda çıxışı, şagirdlərin ifasında ulu öndərə həsr olunmuş şeirlər dinlənilmişdir. Çıxışlarda dahi şəxsiyyətin əsasını qoyduğu uğurlu sosial-iqtisadi və siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığı, sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olunduğu xüsusi vurğulanmışdır.