Məktəb rəhbəri Tərminə Əsədova və rəhbərlik etdiyi kollektiv layihədə fəal iştirakına görə dəyərləndirildi

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. Bu aksiyanın Binəqədi rayonunda geniş şəkildə keçirilməsi ilə bağlı Rayon Icra Hakimiyyəti başçısının  8 sentyabr 2017-ci il tarixli 202 saylı sərəncamı əsasında Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsinə uyğun olaraq iməcilik və yaşıllaşdırma aksiyaları geniş şəkildə reallaşdırılır. Bu marafon çərçivəsində məktəbimizin direktoru  Tərminə Əsədovanın rəhbərliyi altında pedaqoji kollektivimiz və şagird kontingentim də məktəbimizin ərazisində yaşıllaşdırma işləri aparır. Bu gün Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Məktəb rəhbəri Tərminə Əsədovanın və rəhbərlik etdiyi kollektivin bu layihədə fəal iştirakını və dəstəyini yüksək dəyərləndirib və dərin təşəkkürünü bildirib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi