“Yaddaşlarda əbədiləşən şəxsiyyət” adlı rəsm müsabiqəsinin qalibi seçildi

05 sentyabr 2017-ci il tarixli Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” təsdiq etdiyi tədbirlər planına əsasən məktəbimizdə də böyük sənətkarın milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə silsilə xarakterli tədbirlər reallaşdırılmaqdadır. Məktəbimizdə Bülbülün 120 illik yubileyinə həsr olunmuş “Yaddaşlarda əbədiləşən şəxsiyyət” adlı rəsm müsabiqəsi keçirilmiş və çəkdiyi portiretə görə 9 a sinif şagirdi Rəvan Mirzəyev rəğbətləndirilmişdir.