“Opera səhnəsinin batmayan günəşi” adlı dəyirmi masa keçirilmişdir

2017-ci ildə Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyi tamam olur. Böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçmiş və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuşdur. Məktəbimizdə 24 noyabr 2017-ci il tarixində 6-cı siniflər arasında Bülbülün həyat və yaradıcılığına həsr olunmuş “Opera səhnəsinin batmayan günəşi” adlı dəyirmi masa keçirilmişdir.