"Səhnəyə gedən çətin yol..."

   Məktəbimizdə 7-9 sinif şagirdləri arasında Şövkət Məmmədovanın həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirildi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova çıxışında Ş.Məmmədovanın operasevərlərin yaddaşında Rozina (“Sevilya bərbəri”), Cilda (“Riqoletto”), Şahsənəm (“Şahsənəm”), Nərgiz (“Nərgiz”), Gülzar (“Şah İsmayıl”), Gülçöhrə (“Arşın mal alan”) və digər obrazları ilə dərin iz qoyduğunu vurğuladı.

  Dəyirmi masada söhbət zamanı musiqi müəllimi N.Səfərova Şövkət Məmmədovanın 1921-ci ildən başlayaraq Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstandakı çıxışlarından danışdı. O, təqdimatlarında Bakıda Teatr Texnikumunun, habelə respublikada ilk not nəşriyyatının Ş.Məmmədovanın təşəbbüsü ilə yaradılmasını qeyd etdi.

   Tədbirdə şagirdlər Ş.Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş məruzələrini təqdim etdilər. Şagirdlər məruzələrində Ş.Məmmədovanın ilk azərbaycanlı qadın müğənnisi olduğunu və hər zaman yaradıcılıq axtarışında olub, sənəti üçün əlindən gələni etməsindən söhbət açdılar.

   Çıxış edənlər opera səhnəmizdə bir-birindən gözəl rollar yaradan, bənzərsiz səsi ilə milyonların qəlbini fəth edən Ş.Məmmədovanın sənət yolunun parlaq hadisələrlə zəngin olduğunu və xatirələrdə silinməz izlər qoyduğunu söylədilər. Tədbirdə görkəmli sənətkarın səhnə fəaliyyətini əks etdirən film, səs, səhnəcik və fotosərgi nümayiş olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi