“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı təəssüratlarını dostları ilə bölüşdü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici rayon-tur aksiyaları keçirilir. Növbəti tur-aksiyada Lənkəran-Masallı-Astara rayonlarına səfər edilib. Tur-aksiyasında məktəbimizin 11-ci sinif şagirdi Fizzəxanım Mehdiyeva da iştirak etmişdi. Bu gün Fizzəxanım Mehdiyeva Lənkəran-Masallı-Astara rayonlarındakı təsuratlarını məktəbli dostları ilə bölüşdü. Fizzəxanım təqdimatında ölkə başçısının ideyası əsasında gerçəkləşən bu layihənin şagirdlərimizin dünyagörüşünün formalaşmasında, ölkəmizin tarixi, mədəniyyəti və incəsənətinin yaxından tanınması baxımından olduqca əhəmiyyətli layihə olmasını xüsusi vurğuladı. Tur zamanı çəkdiyi foto və video görüntüləri təqdim etdi. O. məktəbli dostlarına ekskursiya zamanı Masallı rayonunda Heydər Əliyev Mərkəzinə, Masallı uşaq-incəsənət məktəbinə, Tarix-diyarşünaslıq muzeyinə səfərindən danışdı. Masallı rayonundan sonra Astara rayonuna yollanan məktəblilərin rayon İcra Hakimiyyətinin inzibati binası ilə də tanış olduqlarını söylədi.
Tur-aksiyasında iştirak edən şagirdimiz fəal iştirakına görə diplomla təltif olunub.