Məktəbimizdə böyük şair M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş silsilə xarakterli tədbirlər həyata keçirilir.

Məktəbimizdə böyük şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş silsilə xarakterli tədbirlər həyata keçirilir.
Məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimləri Cəmilə Hətəmova, Aybəniz Süleymanova, Lamiyə Mahmudova və məktəb kitabxanaçıları dəyirmi masa, kitab sərgisi və kitabxana dərsləri təşkil etdilər. Müəllimlər tədbirlərdə şagirdlərə M.P.Vaqifin Azərbaycan ədəbiyyatındakı rolundan, Vaqif zirvəsinin yüksəkliyindən, dahi şəxsiyyətin müxtəlif sahələrdə göstərdiyi fəaliyyətdən danışdılar. Şagirdləri Vaqifin şeirlərindən nümunələr oxudu, şairin sözlərinə yazılmış mahnı və romanslar, eləcə də muğam və təsniflər, həmçinin aşıq havaları səsləndirildi.