Məktəbimizdə biomüxtəlifliyin qorunması məqsədi ilə aksiya keçirildi.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində ölkəmizdə çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. Bu aksiyanın Binəqədi rayonunda da geniş şəkildə keçirilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2017-ci il tarixli 202 saylı sərəncamı imzalanmışdır. Sərəncamın icrası ilə əlaqədar olaraq aksiyalar rayon əraizisində davam etdirilir. Bu gün də aksiya çərçivəsində Rayon Bələdiyyəsi və Binəqədi RİH başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin təşkilatçılığı və Binəqədi MKTB-nin dəstəyilə məktəbimizdə növbəti tədbir həyata keçirildi. Aksiya zamanı gül, sarmaşıq və bəzək kolları əkildi.