Məktəbimizdə Azərbaycan Respublikasının bayraq gününə həsr edilmiş "Bayraq sevgisi Vətən sevgisidir" şüarı altında tədbirlər keçirildi.

6-8 noyabr tarixlərində 126 nömrəli tam orta məktəbin 1b, 2b, 6c, 3b, 3c, 5b, 7b, 8c, və 9b sinifləri 9 noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı günü münasibətilə ədəbi-bədii kompozisiyalar və guşələr təşkil etmişlər. Azərbaycan Dövlət himni ilə başlayan tədbirlər şagirdlərin söylədikləri şeirlər, təqdim etdikləri səhnəciklər və ifa etdikləri mahnılarla davam etmişdir. Dövlət bayrağının yaranma tarixinə və uğurlarına dair ətraflı məlumatlar verilmiş, rəsmlər çəkilmişdir. Tədbirlərdə məktəb rəhbərliyi, valideynlər və şagirdlər iştirak edirdilər. Tədbirlərin keçirilməsində başlıca məqsəd şagirdlərdə vətənpərvərlik hislərinin yüksəldilməsi, milli-mənəvi dəyərlərimizə hörmət hissinin və dövlət atributlarının böyüməkdə olan nəslimizin arasında təbliği olmuşdur. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərməli, bunu özünün müqəddəs borcu kimi qəbul etməlidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi