Məktəbimizin 7-ci sinif şagirdləri "Səni alqış üçün əyilən görüm!" adlı bədii-musiqili tədbir keçirdi.

Dövlət bayrağı günü respublikamızın hər yerində olduğu kimi məktəbimizdə də bütün siniflərdə qeyd olundu. Məktəbin direktoru Tərminə xanım, çıxışında təşkil olunan tədbirlərin şagirdlərdə milli həmrəyliyin daha da möhkəmlənməsinin, azərbaycançılıq ideologiyasının və dövlət rəmzlərinə hörmət hisslərinin formalaşdırılması məqsədi daşıdığını vurğuladı.Direktor Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında" imzaladığı sərəncamı barədə danışdı. Sinif rəhbəri X.Məhəmmədovanın rəhbərliyi ilə keçirilən tədbirdə çıxış edən 7-8-ci sinif şagirdləri təhsil ocağının kollektivini əlamətdar gün münasibətilə təbrik etdilər. Məktəbin tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova çıxışında müqəddəs dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının simvolu olduğunu qeyd etdi. Tədbir çəçivəsində şagirdlərin ifasında Azərbaycan tarixindən bəhs edən səhnəciklər, şeirlər, musiqilər səsləndi. 7 b sinfinin rəhbəri müxtəlif multimedia proqramlarında hazırladığı məlumatları nümayiş etdirdi. Tədbirdə iştirak edən valideynlər çıxışlarında qeyd etdilər ki, Xuraman müəllimənin təşkil etdiyi bu tədbir şagirdlərdə milli- mənəvi dəyərlərin qorunması, dövlət atributlarına hörmət və ehtiram kimi yüksək mənəvi dəyərləri gücləndirir.