31 oktyabr 2017-ci il tarixində məktəbimizdə İngilis dilini tədris edən müəllimlərin metodbirləşmə iclası keçirildi.

Metodbirləşmə sədri Güləbətin Əhmədova metodbirləşmənin tərkibi, müəllimlər haqqında məlumat, onların iş keyfiyyətinin qısa səciyyəsi, metodbirləşmələrin ötən ildəki fəaliyyətinin yekunu və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məlumat verdi. İclasda mübahisəli pedaqoji məsələlərin həlli yolları müzakirə olundu. Sonda məktəbin direktoru Tərminə Əsədova çıxış edərək dərsin müasir tələblər səviyyəsində təşkili, onun səmərəliliyinin artırılması, şagirdlərin bilik səviyyələrinin öyrənilməsi, kollektiv şəkildə əyani vəsait və didaktik materialların hazırlanması, yeni pedaqoji texnologiyaların tətbiqi və qabaqcıl pedaqoji təcrübənin öyrənilməsinə dair təklif və tövsiyələrini söylədi.