Bu gün məktəbimizdə bayraq gününün tarixinə dair kitabxana dərsi keçirildi.

Kitabxananın müdiri Əfayə Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova, kitabxanaçı Aybəniz Əliyeva və 7-ci sinfin rəhbəri Xuraman Məhəmmədova dövlət bayrağının tarixindən bu günümüzə kimi keçdiyi yol haqqında şagirdlərə məlumat verdilər. Kitabxana müdiri Ə.Əhmədova çıxışında vurğulandı ki, bütün zamanlarda xalqımız bayrağımıza müqəddəs varlıq kimi baxmış, həmişə onu uca tutmuş, lazım gəldikdə igidlərimiz bayraq uğrunda canlarından belə keçmişlər. Məruzəçilər bugünkü müstəqil Azərbaycanın tərəqqi və inkişafında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışdılar. Bədii-qiraətlə məşğul olan şagirdlər bayraq mövzusuna həsr edilmiş ədəbi nümunələrdən seçmələr oxudu, rəsm bacarığına malık olan şagirdlər isə qruplara ayrılaraq müxtəlif dövrlərdəki dövlət bayrağının rəsmlərini çəkdilər.