“Azərbaycan Respublikasının Müstəqillik Günü”nə həsr olunmuş tədbir.
18 oktyabr 2017-ci il tarixində tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova tarix muəllimləri Şirincan Məmmədovanın və Elmira Həsənovanın iştirakı ilə “Azərbaycan Respublikasının Müstəqillik Günü”nə həsr olunmuş “Dəyirmi masa” təşkil etdilər. Dəyirmi masada 5-8-ci sinif şagirdləri iştirak edirdi.Səidə müəllimə Azərbaycanın müstəqillik əldə etməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etdi. Şirincan Məmmədova və Elmira Həsənova mövzu ilə bağlı çıxış etdilər. Sonda Azərbaycanın müstəqilliyinə həsr olunmuş videoçarxlar nümayiş olundu.