Şahmatçılarımız qələbə ilə qayıtdılar

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat fənni üzrə pilot ümumtəhsil məktəbləri arasında respublika şahmat festivalı başa çatdı. Bu festival məktəbimizin gənc şahmatçıları üçün uğurlu nəticələrlə yadda qaldı. Həm məktəbi, həm də Binəqədi rayonunu təmsil edən dörd şagirdimizdən 3 nəfəri qalib oldular. Məktəbimizin II sinif şagirdi Mahmudova Ayna festivalın qızıl medalına və mükafatına layiq görüldü. II sinif şagirdi Hüseynov Cavid IV, III sinif şagirdi Vəliyeva Nurcan isə V yeri tutdular. Festivaldan dərhal sonra məktəbə qayıdan şagirdləri məktəbin direktoru Şəmsi Qocayev qəbul edərək onları qazandıqları qələbə münasibətilə təbrik etdi, şagirdlərlə və onların valideynləri ilə xatirə şəkilləri çəkdirdi. Şəmsi müəllim daha sonra qaliblərin və onların müəllimi Afirə Nəbiyevanın Fəxri Fərmanla təltif edilməsi barədə müvafiq əmr imzaladı.