Məktəbimizin Vc sinif şagirdləri tarix müəllimi Nahidə İsayevanın rəhbərliyi ilə Xalça muzeyində olmuşlar. Muzeydə Azərbaycan xalçaçılıq sənəti haqqında şagirdlərə ətraflı məlumat verilmişdir. Azərbaycanın xalçaçılıq tarixi və mədəniyyəti ilə tanış olan şagirdlər muzeydən dərin təəssüratlarla qayıtmışlar.