Şahmatçılarımız da qalib oldular

Gənc şahmatçılarımız “Olimpiya hərəkatı” çərçivəsində məktəblilər arasında keçirilən şahmat yarışının Binəqədi rayon mərhələini qalibiyyətlə başa vuraraq rayon birincisi adını qazandılar. Oğlanlar arasında I yeri III sinif şagirdi Rəsulov Rəsul, qızlar arasında isə II sinif şagirdi Mahmudova Ayna qazandı. II yerlər də məktəbimizin şagirdlərinə məxsusdur. Belə ki, II yeri də oğlanlar arasında II sinif şagirdi Hüseynov Cavid, qızlar arasındakı yarışda isə III sinif şagirdi Vəliyeva Nurcan qazandı. Şagirdlərimizin qələbəsi şahmat fənninin tədrisi üzrə pilot məktəb olan məktəbimizdə bu fənnin tədrisi üzrə nəticələrin yüksək səviyyədə olduğunu təsdiq etdi. Bu gün məktəbin direktoru Şəmsi Qocayev qaliblərə sertifikat təqdim edərək onları və müəllimləri Afirə Nəbiyevanı qazandıqları qələbə münasibətilə təbrik etdi.