Komandamızın möhtəşəm qələbəsi

Dünən “Olimpiya hərəkatı” çərçivəsində Binəqədi rayonu üzrə mərhələdə basketbol idman növündə keçirilən yarışda məktəbimizin komandası I yeri tutmuşdur. Qeyd edək ki, mart ayının 5-də Bədən tərbiyəsi və İdman gününə həs olunmuş basketbol yarışında 244 nömrəli məktəbin komandasına 56:8 hesabı ilə qalib gələn komandamız bu dəfə də I yerə layiq olduğunu sübut etdi. Komandanın məşqçisi, məktəbin veteranı, təqaüddə olan Məmməd İsgəndərovun yetirmələri bu qələbə ilə Bakı çempionu olmaq iddialarını ortaya qoydular. Qalibləri təbrik edir, onlara Bakı çempionatında da layiqli yer tutmağı arzu edirik!