Soyqırımı qurbanları anıldı

31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir faciə qurbanlarının xatirəsinin anılması ilə başladı. Məktəbin tərbiyə işləri ürə direktor müavini Səidə Əhmədova 1918-ci ildə baş vermiş hadisələrin qısa xronikasını verərək qeyd etdi ki, “1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatıb. Şaumyanın tabeçiliyindəki daşnak-bolşevik hərbi qüvvələri şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədiblər. Təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürülüb, ümumilikdə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilmişdi. Erməni dəstələri bir çox tikililərə, «İsmailiyyə» binasına, Təzəpir məscidinə od vurmuşdular.Kütləvi qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam edib, 30 mindən çox müsəlman-türk, habelə digər qeyri-erməni millətindən olanlar — ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi) qətlə yetiriliblər. Azərbaycan Prezidentinin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.”Daha sonra soyqırımındana bəhs edən slaydlar, filmlər nümayiş etdirilmiş, şagirdlərin iştirakı ilə faciəyə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim edilmişdir.