Bu gün saat 10-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə Bakı şəhərinin ümumtəhsil məktəblərinin V-və VI sinif şagirdləri arasında keçirilən olimpiada başlandı. Məktəbimizin 47 nəfər şagirdi olimpiadada iştirak edir. Olimpidanın keçirilmə qaydaları haqqında məlumatlandırmadan sonra sual kitabçaları şagirdlərə paylandı. Hazırda olimpiada davam edir.