Beynəlxalq layihədə uğurlu iştirak

Beynəlxalq layihə olan “e Twinning” layihəsinə qoşulan şagirdlərimiz layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə iştirak edir. Layihənin məktəb üzrə koordinatoru olan məktəbin tarix müəllimi indiyə qədər 10 layihədə iştirakçı, 2 layihədə isə koordinator kimi fəaliyyət göstərib. Bu günlərdə “eTwinning” çərçivəsində “Kids Safety Rules at home,in the street & at school” layihəsinə qoşulan ölkələrin məktəbliləri ilə birgə video konfrans olduqca maraqlı oldu. Konfransda Tunis, Azərbaycan, Ukrayna, Albaniya məktəbliləri öz işlərini təqdim etdilər. Məktəblilərin evdə, küçədə, məktəbdə təhlükəsizliyi ilə bağlı olduqca maraqlı təqdimatla çıxış edən məktəblər arasında şagirdlərimiz öz təqdimatları ilə xüsusi fərqləndilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi