Alternativ enerji üzrə təlim keçirildi

“Təhsili dəyərə çevirək” devizi altında həyata keçirilən “Ekoloji aylıqlar” çərçivəsində mart ayında məktəbdə “Alternativ enerji” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırıb. Bununla əlaqədar olaraq 6-12 mart 2017-ci il tarixləri “Uşaqdan böyüyə - zərərsiz enerji həftəsi” elan olunub. Həftə çərçivəsində məktəbdə yenilənə bilən enerji növləri, bərpa olunan enerjinin əhəmiyyəti, ölkəmizin bu istiqamətdə potensialı və görülən işlər mövzusunda təlimlər keçirildi. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi əməkdaşlarının keçirdiyi təlimlərə məktəbin coğrafiya, biologiya, kimya və fizika müəllimlərinin rəhbərlik etdiyi, hər birində 7 nəfər üzv olmaqla, 8 komanda qatıldı. Komandalar 5 günlük ev tapşırıqlarını – hazırladıqları araşdırmaları, təqdimatları nümayiş etdirdilər.Daha sonra gələcək fəaliyyətlərin planları müzakirə edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi