Şair Əjdər Ol məktəbimizin qonağı oldu

Bu gün məktəbin Fəaliyyət Planına uyğun olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Əjdər Ol məktəbin qonağı oldu. Görüşü məktəbin direktoru Şəmsi Qoca açaraq Əjdər Olun həyat və fəaliyyətindən bəhs etmiş, sözü görüşün təşkilatçısı, Hüseyn Cavid Ədəbi Birliyinin sədri, şair Kəmaləddin Qədimə verdi. Kəmaləddin Qədim Əjdər Ol poeziyasının vətənpərvərlik ruhundan, milli-mənəvi dünyamızın inkişafında rolundan, şairə, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər Əjdər Ol yaradıcılığında dilimizin zənginliyinin təcəssümü barədə söz açdı. Şair yeni şeirlərini oxudu, tədbir iştirakçılarının suallarına cavab verdi. Məktəbin bədii qiraət və özfəaliyyət dərnəyinin üzvlərinin ifasında şairin şeirləri səsləndi, mahnı və rəqslər tədbirə xüsusi rəng qatdı. Tədbirin sonunda məktəbin X sinif şagirdi, istedadlı rəssam Mehin Ələsgərovanın çəkdiyi “Əjdər Ol Yaşa” adlı rəsm əsəri şairə hədiyyə edildi. Şairlər Əjdər Ol, Kəmaləddin Qədim, Adilə Nəzər və Fərqanə Mehdi öz kitablarını məktəbin kitabxanasına və şagirdlərə hədiyyə edərək tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər.