“Alternativ enerji” aylığına start verildi

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində mart ayında keçirilməsi nəzərdə tutulan “Alternativ enerji” aylığına start verilmişdir. Bu məqsədlə yaradılan təşkilat komitəsinin ilk iclası keçirilmiş, ay ərzində görüləcək işlərin fəaliyyət planı təsdiq edilmişdir. Məktəbin direktoru Şəmsi Qocayev iclasda çıxış edərək Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birgə fəaliyyəti əlaqələndirmək, bu ay ərzində şagirdlərin həm tədqiqat, həm də yaradıcı fəaliyyətini koordinasiya etmək məsələlərindən danışmış, təşkilat komitəsinin görəcəyi işlər barədə ətraflı məlumat vermişdir. Daha sonra Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin məsul əməkdaşı Rübabə Qasımova çıxış edərək birgə fəaliyyətə görə təşəkkürünü bildirmiş, məktəbə və şagirdlərə həyata keçirəcəkləri bütün fəaliyyətdə dəstək verəcəklərini qeyd etmişdir.