Heydər Əliyev Mərkəzinə ekskursiya

Ümummilli Lider Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə mart ayının 1-də məktəbimizin şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Ekskursiya iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış olublar. Mərkəzin əməkdaşı iştirakçılara qeyri-adı, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək bildirib ki, müasir Bakının simvollarından biri hesab edilən Mərkəzdə Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. İştirakçılar sonra Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə tanış olmuşlar. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan Azərbaycan haqqında maraqlı məlumatlar əldə etmişlər. Ekspozisiyada nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, etnoqrafik məmulatlar, numizmatik əsərlər, milli geyim və zərgərlik nümunələri ziyarətçilərdə böyük təəssürat oyatmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi