“Mədəniyyət və incəsənət: Azərbaycan tarixi və etnoqrafiyası” aylğına yekun vuruldu

BŞTİ-nin “Ekoloji aylıqlar” layihəsi çərçivəsində keçirilən “Mədəniyyət və incəsənət: Azərbaycan tarixi və etnoqrafiyası” aylığının yekun tədbiri keçirildi. Tədbiri giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova açdı. Tədbir iştirakçıları aylıq çərçivəsində aparılmış tədqiqat işləri və hazırlanmış materiallarla -Şuşa qalasının, Qız qalasının, musiqi alətlərinin tullantılardan hazırlanmış maketləri, müxtəlif toxumalarla və əl işləri ilə tanış oldular. Daha sonra söz aylıq çərçivəsində keçirilən tədbirlərin koordinatoru Şirincan Məmmədovaya verildi. Tarix müəllimi Şirincan Məmmədova ay ərzində həyata keçirilən fəaliyyətlərə aid slaydları, videoçəkilişləri təqdim edərək hər bir fəaliyyət haqqında ətraflı məlumat verdi. Məktəbin istedadlı şagirdləri İlkin Baxışlının sazda ifa etdiyi “Ruhani” havası, Kərimli Sevilin kanonda ifa etdiyi “Bayatı-Şiraz” muğamı, Nəzrin Xanməmmədovanın gitarada ifa edərək oxuduğu “Şəhid andı” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Məktəbin direktoru Şəmsi Qocayev aylıq çərçivəsində fəallıq göstərmiş müəllimlərə və şagirdlərə sertifikatlar təqdim etdi.