ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ

Bu gün məktəbdə Ümumdünya Mülki Müdafiə gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə mülki müdafiə qərargahının rəisi, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rauf Abdullayev çıxış edərək qeyd etdi ki, 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. Daha sonra Mülki Müdafiə dəstələrinə sıra baxışı keçirildi.