MEHİNİN RƏNGLƏR DÜNYASI

Mehin Ələsgərova məktəbimizin X sinif şagirdidir. Dərslərini yaxşı oxumaqla bərabər, özünəməxsus dünyası da var Mehinin. Bu dünya rənglər dünyasıdır. Qəlbinin döyüntülərini, təbiətin ona pıçıldadıqlarını daxili dünyasının süzgəcindən keçirərək təsvir edir. Təsviri sənətə maraq onda lap uşaq yaşlarından oyanmış və getdikcə varlığına hakim kəsilərək, onu yaradıcı düşüncə və coşqun fantaziyalarla dolu heyrətamiz sənət dünyasına çəkib aparmışdır. Real dünyanı onun problemləri və narahatlığı ilə birlikdə dərindən duyan Mehin qəlbinin hərarətini, onun fikrincə, çox gözəl olan, lakin ətrafdakıların yetərincə qiymətləndirə bilmədiyi reallığı bu dünyaya bəxş etməyə, onun bütün gözəlliyini rənglərin və fırçanın dili ilə göstərməyə çalışır.Mehin həm də öyrətməyi sevir. Özündən yaşca kiçik, rəssamlıq qabiliyyəti olan uşaqlarla işləməkdən zövq alır. Onun bu həvəs və marağını nəzərə alaraq məktəbdə xüsusi bir otaq ayırmışıq. Hamı yarızarafat, yarıgerçək bu otağı “Mehinin studiyası” adlandırır. Həmin otaqda Mehin dərsdən sonra balaca rəssamlarla işləyir, onların yetişməsi, püxtələşməsi üçün cəhd edir. Hər halda bu çəlimsiz, lakin istedadlı qız öz dünyasını yaşayır və qəlbindəki hərarəti insanlara da ötürməyə çalışır.Bu yolda istedadlı şagirdimizə uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi