Xocalı faciəsinin qurbanları anıldı

Bu gün məktəbin akt zalında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Övladlarımı axtarıram” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı, Xocalı faciəsinin qurbanlarının xatirəsi yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəmsi Qocayev faciənin səbəb və nəticələrini təhlil etdi. Daha sonra Qarabağ müharibəsi veteranlarından Arif Abbaslı, Eldəniz Qasımov, Qarabağ müharibəsində həlak olmuş Milli Qəhrəman Vəzir Sədiyevin qardaşı Bəhram Sədiyev çıxış edərək erməni vandallarının Xocalıda törətdikləri qətliamın Azərbaycan xalqına qarşı soyqırım, erməni vəhşiliyinin bariz nümunəsi olduğunu qeyd etdilər. Məktəbin tarix müəllimləri Şirincan Məmmədova və Uğurlu Abbasov faciənin müxtəlif aspektləri barədə söhbət açdılar. Şagirdlərin hazırladığı kompozisiyalar, Xocalı qurbanlarına həsr etdikləri rəsmlər, bədii qiraət ustası Ülkər Piriyevanın ifa etdiyi şeir tədbir iştirakçılarında dərin təəssürat oyatdı. Tədbir nikbin motivlərlə- Şəmistan Əlizamanlının ifa etdiyi “And içirik!” mahnısının sədaları altında tədbir iştirakçılarının torpaqlarımızın azadlığı uğrunda mübarizə andı ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi