Birinci dərs Xocalı soyqırımına həsr edildi

Bu gün bütün siniflərdə birinci dərs Xocalı soyqırımına həsr edildi. Müəllimlər və şagirdlər Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edərək, erməni faşizminin qəddarlığından danışdılar. Qeyd edildi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".Tarix müəllimi Şirincan Məmmədovanın VIII sinifdə keçdiyi “Açıq dərs” də şagirdlər “Xoca” və “Dolu” filmlərindən fraqmentlərə tamaşa etdilər. Daha sonra onlar, Xocalı soyqırımına aid elektron resurslardan istifadə edərək xüsusi materiallar hazırladılar.