Nağıllar aləminə səyahət

Məktəbimizdə şagirdlərin asudə vaxtının səmərəli təşkilinə ciddi diqqət yetirilir. Bir sıra əyləncə mərkəzləri ilə qurulmuş əməkdaşlıq şagirdlərin ödənişsiz əsaslarla tamaşalarda iştirakına şərait yaradır. Dünən “Modern” teatrında baş tutan tədbir də bu qəbildən oldu. Teatrın “Oppalar Əyləncə Dünyası” adlı tamaşasına 200 nəfər ibtidai sinif şagirdi qatıldı. Həm maraqlı tamaşa, həm də müxtəlif oyunlar şagirdlərin xoşuna gəldi. Bir neçə saat kitablardan tanış olduqları nağıl qəhrəmanları ilə bir yerdə olmaq şagirdlərdə dərin təəssürat yaratdı.Müəllimlərdən Təranə Kazımova və Nigar İmanova məktəb rəhbərliyi adından “Modern” teatrının kollektivinə təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi