Ana dili gününə həsr olunmuş silsilə tədbirlər başa çatdı

Məktəbdə Beynəlxalq Ana dili gününə həsr olunmuş silsilə tədbirlər bu gün məktəbin akt zalında sona çatdı. 21 fevralda kitabxanada keçirilən ilk tədbir Ana dilli poeziyamıza həsr olunmuşdu. Bu tədbirdə şagirdlər anadilli poeziyamızın görkəmli nümayəndələri İzzəddin Həsənoğlunun, Əfzələddin Xaqani və Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin yaradıcılığından bəhs edən tədqiqat materialları ilə çıxış etmiş, şeirlərdən nümunələr söyləmişlər. Tarix müəllimi Şirincan Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimləri Könül Adıgözəlova və Nəzakət Abdullayeva şagirdləri maraqlandıran suallara cavab vermişlər. 22 fevralda “Ana dilimizdə ədəbiyyat oxuyuruq” adlı tədbir bədii ədəbiyyat oxusuna həsr edilmişdir. Ulu öndər, ümummilli lider Heydər Əliyevin çıxışlarından və nitqlərindən ibarət kitabdan oxunan mətnlər əsasında dilimizin zənginliyi, nitqin səlisliyi və sözün işlənmə qaydaları haqqında ətraflı məlumatlar verilmişdir.Bu gün akt zalında könül oxşayan mahnılarımız, insanı mübarizəyə səsləyən rəqslərimizlə tədbirlər silsiləsi yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi