İməcilik keçirilmişdir

Mayın 9-da ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar 126 nömrəli tam orta məktəbdə iməcilik keçirilmişdir. İməcilikdə məktəbin müəllimləri, şagirdləri və texniki işçiləri iştirak etmişdir. İməcilik zamanı məktəbin sinif ortaqlarında fənn kabinetlərində və labarotoriyalarda təmizlik işləri aparılmış,məktəbin həyətində səliqə-sahman yaradılmaqla ağaclar və güllər əkilmişdir. İməcilikdə iştirak edən Təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov, BŞTİ-nin sektor müdiri Şahin İsgəndərov müəllim və şagirdlərlə birlikdə məktəbin yaşıllıq sahəsində zeytun və şam ağacları, məktəbəqədər hazırlıq qrupunda oxuyan uşaqlarla birlikdə müxtəlif güllər əkmişlər. 4 saat davam edən iməcilikdə 50 ədəd ağac, 100 ədəd gül əkilmiş, ağacların dibi yumşaldılmış və əhəglənmişdir. Təhsil nazirinin müavini Ceyhun Bayramov məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlarla və onların valideynləri ilə , vaxtilə məktəbdə müəllim işləmiş, hazırda təqaüddə olmasına baxmayaraq məktəbin bütün tədbirlərinə fəal iştirak edən Məmməd İsgəndərovla, məktəb valideyn komitəsinin sədri Vaqif Mustafayevlə söhbət etmiş, onları maraqlandıran sualları cavablandırmışdır. Məktəbəqədər təhsil qrupunda oxuyan uşaqların ifasında səsləndirilən şeirlər tədbirin yaddaqalan anlarından biri olmuşdur.