Şəmsi Qocanın yaradıcılıq gecəsi keçirilmişdir

Bu günlərdə Binəqədi Bələddiyyəsi və 126 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəbin direktoru, AYB-nin üzvü, şair-publisist Şəmsi Qocanın yaradıcılıq gecəsi keçirilmişdir. Tədbirdə Binəqədi Bələdiyyəsinin üzvləri, valideynlər və məktəbin şagirdləri iştirak etmişlər. Şairin yaradıcılığı haqqında məktəbin dil-ədəbiyyat müəllimi Cəmilə Hətəmova məlumat vermiş, məktəbin şagirdlərinin ifasında şairin şçeirləri səslənmiş, AZtv-nin "Qobustan"proqramında şair haqqında efirə getmiş fraqmentlər nümayiş etdirilmişdir.Tədbirdə çıxış edən Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı şairin vətənpərvərlik mövzusunda yazdığı əsərləri təhlil etmiş, bu əsərlərin gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində önəmindən danışmışdır. Tədbirin sonunda şair sonuncu kitabı olan "Dünyanın gözü yol çəkir" adlı kitabını görüş iştitakçılarına hədiyyə etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi